+994703067866
   
  BIZIM MEHLE
  Gözəl Şerlər
 



Sevgilim sevirəm səni


Gözəlim ürəkdən sevirəm səni
Amandır incitmə, incitmə məni
Nə olar sındırma sevən qəlbimi
Dərdindən olmuşam dəli-divanə
Sevgilim gəl mənə olma biganə.

Sevgilim sənsiz bu həyat haramdır mənə
Gözəl gülüşün bəs edər səni sevənə
Heyranam gözlərinə qurbanam sənə
Sən bir şamsan mənsə pərvanə
Sevirəm gəl olma mənə biganə.

Eşqinin əsiriyəm gülüm, yanır ürəyim
Gəl söndür odumu gəl ol gərəyim
Sənsiz haramdır duzum çörəyim
Bu sevən qəlbim belə qurbandır sənə
Sevgilim gəl mənə olma biganə
Sevirəm gəl olma mənə biganə



Sevirəm ilk eşqim sevirəm səni

Bir yerin ağrısa ağrıyar canım,
Ey mənim damarda axan bu qanım.
Səni sevdiyimi de necə danım,
Sevirəm ilk eşqim sevirəm səni.

Səni sevmək üçün yaranmışam mən,
Səni hər dəqiqə bil anmışam mən.
Dünyaya cahana səs salmışam mən,
Sevirəm ilk eşqim sevirəm səni.

Unutsan sən məni gor qazaram mən,
Əgər çıxıb getsən tez azaram mən.
Dağlara daşlara bil yazaram mən,
Sevirəm ilk eşqim sevirəm səni.

Ağaclar baş əyir mənim sevgimə,
Eşqlər çata bilməz mənim eşqimə.
Hər zaman deyəcəm salıb dilimə,
Sevirəm ilk eşqim sevirəm səni.

Çatsa da sevgimiz bir gün bil sona,
Qoymaram ilk sevgim kül olub yana.
Ayrılan zamanı deyəcəm ona,
Sevirəm ilk eşqim sevirəm səni.

Yadlar ara vursa bil sevirəm mən,
Gözün gözlərimdə çox xoşbəxtəm mən.
Ölürəm gör yenə nə deyirəm mən,
Sevirəm ilk eşqim sevirəm səni. 




Sevirəm səni

Xəyallarımda hər zaman sən yaşayacaqsan.
Əvəzsiz bir sevgili yarım olacaqsan.
Yalnız sən mənimsən, mənə qalacaqsan.
Ağrılı qəlbimin sən ey sevgilim,
Loğmanı, dərmanı, tək yarı, sən olacaqsan!!!

Sən mənə göylərdə uçan mələksən,
Ağrılı qəlbimdə açan çiçəksən.
Ruhumda, ruhunu sevibdir sənin,
Ağrılı qəlbimi sağalt sən mənim.
Yalnız sənə ehtiyacı var sevən qəlbimin!!!

Sevmişəm, sevirəm, sevəcəm səni.
Elə hey, həsrətdə saxlasan məni,
Vermərəm əlimdən yadlara, vermərəm səni.
İndi dəli divanə etmisən, gülüm sən məni
Röyalarımda, yaşadacam hər zaman səni!!! 



Yalnız səninəm

Sevgimlə sinəndə ağac əkərəm
Özüm qulluq edib zəhmət çəkərəm
Bu günkü günümü saxlamaq üçün
Əlimdən gələni, vallah, edərəm.

Gözümdən gözünə bir yol çəkərəm
Gözümdən gözünə yollar gedərəm
Qocalsan gözünün nuru azalsa
Gözümdən gözünə işıq verərəm.
Gözümdən gözünə hiylə vermərəm
Yəqin dilində də yalan görmərəm
Üzündə həmişə sevinc görünsün
Səni incitmərəm, səni yormaram.

Beləcə yaşayaq ömrü həyatda
Xoşbəxtlik bax budur bir neçə adda
Sevgiylə danışaq, sevgiylə gülək
Sevgiyə söykənək bu çətin vaxtda




Xəyanətdən keçmərəm

Sevgilimin yolunda
Canımdanda keçərəm
Mənə şərbət yerinə
Zəhər versə içərəm
Varlığımdan keçərəm
Həyatımdan keçərəm
Ancaq sevgim yolunda
Xəyanətdən keçmərəm

Sevgilimin yolunda
Fərhad tək yaraqlanıb
Qayaları yararam
Məcnun olub səhrada
Gündən-günə solaram
Mənə xəyanət etsə
Laxtalanmış qan olub
Ürəyinə dolaram

Sevgilimin yolunda
Qışda buz tək donaram
Yayda isti günəşdən
Sevgimi qoruyaram
Sevgisiz yaşamaram
Mən tək-tənha qalaram
Mənə xəyanət etsə
Qızılgültək solaram

"Pərvanəyəm" sevgimi
Yad əllərə vermərəm
Heç kimin sevgisini
Sevgisindən etmərəm
Yolum işıqlı yoldur
O, yol ilə gedərəm
Yalnız sevgim yolunda
Xəyanətdən keçmərəm



Xəbərsiz

Sevdim Səni, ey gül,
Səni Səndən xəbərsiz.
Etdin dəli, ey gül,
Məni məndən xəbərsiz.

Yenə zülmət qaranlıq,
Sevdan başımda hər anlıq.
Yenə gözümdə xəyalın,
Dəyişibdir tamam halım.
Rəhm eylə mənə, ey zalım,
Qoyma bu odlara yanım.
Daha dözməyir bu qəlbim,
Bilmirəm necə söyləyim.
Sənə olan sevgim-Dəniz
Yaşaya bilmərəm Sənsiz.

Sevdim Səni, ey gül,
Səni Səndən xəbərsiz.
Etdin dəli, ey gül,
Məni məndən xəbərsiz.

Hər gün mənim yanımdasan,
Oturmusan yaxındasan.
Baxıram Sənin gözüvə,
Düşünüb özüm-özümə,
Özümə sual verirəm,
Niyə mən belə edirəm.
Amma çox yaxşı bilirəm,
Çünki mən Səni sevirəm.
Sənə olan sevgim hədsiz
Hədsiz, həm də ki, şübhəsiz.

Sevdim Səni, ey gül,
Səni Səndən xəbərsiz.
Etdin dəli, ey gül,
Məni məndən xəbərsiz

Sənsən ömrümün sevinci,
Sanki dəryada bir inci.
Günəş kimi parlar gözün,
Sanki nur saçır üzün.
Sevincim həm kədərimsən,
Tanrıdan tək istəyimsən.
Sən mənə canımdan əziz,
Ruh qalarmı bədənsiz?!

Sevdim Səni, ey gül,
Səni Səndən xəbərsiz.
Etdin dəli, ey gül,
Məni məndən xəbərsiz



Üzr istəyirəm

Adını qəlbimə sevgi ilə yazmışdım.
Zamanla unudub bir gün silərəm,
Gözəl bir yuxunu gerçək sanmışdım,
Səni sevdiyim üçün üzr istəyirəm.

Sevgimə qarşılıq gözləmək günahimiş,
Dünyada vəfasız məgər çoximiş,
Sənin məni sevməyə niyyətin yoximiş.
Səni sevdiyim üçün üzr istəyirəm

Sanmaki sevə bilmərəm başqa birisini.
Tapa bilərəm səndən daha yaxşısını,
İstəmirəm mən artıq yalan sevgini,
Səni sevdiyim üçün üzr istəyirəm



Susan sevgi

Yenədə rastlaşdı baxışlarımız
Bu susan sevgini dilləndirsənə
Axı nəyə lazım göz yaşlarımız
Nə olar görüşək söylə sən mənə

Alovsuz tüstüsüz oda düşmüşük
Ürəyim gileylər söyləyir sənə
Bir-birimizdən ayrı biz düşmüşük
Nə olar görüşək söylə sən mənə

Yaşımız fərqlidir bəhanə etmə
Sevgidə yaş fərqi seçilmir axı
Nə olar sevirəm söylə sən mənə
Gözlərdən sevgimiz bilinmir axı

Axı neyləyirəm susan sevgini
Mən belə sevgiyə qəlb qıyammaram
Əgər dillənməsə bilki o sevgi
Daha mən onun üçün ağlayammaram




Sevsən məni

Mən vurğunam o, gözlərə,
Ürəkdən gələn sözlərə,
Mən baxmaram özgələrə,
Ölməzsən ki, sevsən məni

Sən hər şeydən irəli
Sən sevgimin əzəli
Sən ey dünya gözəli
Ölməzsən ki, sevsən məni

Bu dünyanın üzü qara
Həsrət qalmışam bir yara
Ay qız qəlbim olub yara
Ölməzsən ki, sevsən məni

Görmürsənmi sən bu qəmi?
Həyatımda duman çəni,
Heç insafın yoxdur yəni?
Ölməzsən ki, sevsən məni

Kim deyir sevgi əladı?
Bu sevgi yox bir bəladı
Sənə söz demək xətadı
Ölməzsən ki, sevsən məni

Məni görəcək gözlərini süzdürürsən,
Nazın ilə mən yazığı öldürürsən,
Tez-tez sevmək gözəldir deyirsən
Ölməzsən ki, sevsən məni.

Demə səni sevən olmaz
Məncə dünya belə qalmaz
Samir səni yada salmaz
Ölməzsən ki, sevsən məni




Sevməliyəm mən

Alıb getdin məni məndən,
Diri ikən yox olmuşam.
Varlığımı bilməyincə,
Dirilikdən yorulmuşam.

Onsuz da bilmirəm ölüyəm, sağam,
Onsuz da bilmirəm dənizəm, dağam,
Bunu bilmirəmsə nəyə lazımam
Naməlum bir kəsəm, köçəriyəm mən
Bəxtsiz bir insanın, qədriyəm mən

Eşqimdən günəş, ay alışıb yanır,
Dəryanın, dənizin suları daşır,
Gündüzüm gecəmə indi yadlaşır,
Heç kimin, qəlbimin düşməniyəm mən,
Təkcə bunu bilirəm, ölməliyəm mən.

Bəlkə ölsəm yolun açılar sənin,
Onsuzda bilirəm, çoxdur sevənin,
Yolunda durmuşam, bir qız qönçənin,
Bəlkə xoşbəxtliyin, sərhədiyəm mən,
Bir qəlbin tikanlı, məftiliyəm mən.

Biri gəlir, biri gedir, qapınıza elçilərin,
Yadıma düşür hərdən, verdiyin o, sözlərin,
Qohumların deyir: Daha gecdir, tez verin,
Onda bir ocaqtək, sönməliyəm mən,
Yox səni ölənədək, sevməliyəm mən.
 
 
  Bugün 36405 ziyaretçi (62255 klik) kişi burdaydı! YERi VAR???  
 
BiZi UNUTMAYIN Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol